Prezident Azərbaycan iqtisadiyyatının vəziyyəti haqda danışdı

Prezident Azərbaycan iqtisadiyyatının vəziyyəti haqda danışdı
Oxunma sayı: 1072

“Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamanı deyib. 

Dövlət başçısı qeyd edib ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir: “Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.