Prezident Argentinaya yeni səfir təyin etdi

Prezident Argentinaya yeni səfir təyin etdi
Oxunma sayı: 2082

Prezident İlham Əliyev Argentinaya yeni səfir təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəmzi Kazım oğlu Teymurov Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Argentinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər bir sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.