Premyer Liqa matçları sükutla başlayacaq

Premyer Liqa matçları sükutla başlayacaq
Oxunma sayı: 879

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək qarşılaşmaları 1 dəqiqəlik sükutla başlayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Xocalı faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq Premyer Liqanın 25 fevral tarixində baş tutacaq bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq", - deyə məlumatda qeyd edilib.