Polşa Baş naziri Consonla görüşmək üçün vaxt tapmadı

Polşa Baş naziri Consonla görüşmək üçün vaxt tapmadı
Oxunma sayı: 1188

Polşa Baş naziri Mateuş Moravetski Böyük Britaniya Baş naziri vəzifəsini icra edən Boris Consonu qəbul etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” Polşa və Britaniya hakimiyyətlərindəki mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Moravetski bunu vaxtının olmaması ilə əlaqələndirib. Buna görə də B. Consonun Polşa səfəri təxirə salınıb.

Qeyd olunur ki, Consonun Polşaya səfəri “vida” turnesinin bir hissəsi olmalı idi. Polşa Baş nazirinin Mətbuat xidməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.