Polisə “məktəbdə bomba var” dedi, yalan olduğu üzə çıxdı

Polisə “məktəbdə bomba var” dedi, yalan olduğu üzə çıxdı
Oxunma sayı: 1223

Ağsuda “məktəbdə bomba var” deyən şəxx barəsində cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, mayın 4-ü saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.

Polis tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb. Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.