Polis polkovniki şagirdlərlə görüşdü

Polis polkovniki şagirdlərlə görüşdü
Oxunma sayı: 2257

Goranboy rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları rayonun Borsunlu kənd orta məktəbində şagirdlərlə görüşüblər. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Goranboy RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov “Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda keçirilən həmin tədbirdə çıxış edərək deyib ki, narkomaniya insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir: 

“Narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə öz gələcəyini bilərək məhv edir. Narkotacirlər isə məhz, iradəsi zəif olan gənclər vasitəsilə öz şəbəkələrini genişləndirərək, xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi, vətənpərvər ruhda böyümələri istiqamətində davamlı işlər aparmalıdırlar”.

Sonda polkovnik məktəbliləri maraqlandıran sualları cavablandırıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi