Poçt müdiri beş aya 25 min mənimsədi

Poçt müdiri beş aya 25 min mənimsədi
Oxunma sayı: 3313

Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəyib.

Binəqədi rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə  bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. İstintaq davam edir.