Pikedən ayrılan Şakira üçün qorxulu mesajlar - Fotolar

Pikedən ayrılan Şakira üçün qorxulu mesajlar
Oxunma sayı: 3736

Futbolçu sevgilisi Pike ilə ayrıldıqdan sonra 45 yaşlı müğənni Şakira qorxulu mesajların hədəfinə çevrilib.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, naməlum şəxs müğənninin evinin qarşısındakı yola sprey ilə yazılar yazıb.

Həmin şəxs məşhur müğənniyə “mən səni sevirəm, gözəl qadınım”, “sənin üçün gəlirəm, sevgilim”, “səninlə evlənməyə və səni dəstəkləməyə hazıram” kimi sözlər yazıb.

Bu hadisədən narahat olan müğənni hadisə ilə bağlı polisə müraciət edib.

Nəzrin Cavad