Peskovun 24 yaşlı qızı biznesləri ilə gündəmdə...

Peskovun 24 yaşlı qızı biznesləri ilə gündəmdə...
Oxunma sayı: 5711

Adətən ulduzların və siyasətçilərin övladları valideynlərinin yolu ilə gedir və oxşar peşə seçirlər. Lakin bir çoxu özünü biznesdə sınamaq qərarına da gəlir və daha çox öz işini qurmağa üstünlük verir.

“Qafqazinfo” xəbər verir ki, “Spletnik” Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun 1994-cü ildən 2012-ci ilə qədər nikahda olduğu Yekaterina Soloçinskayadan olan qızı Yelizaveta Peskovanın fəaliyyətini araşdırıb.

İlk olaraq qeyd etmək lazımdır ki, Avropa Parlamentində təcrübə keçən 24 yaşlı Yelizaveta Peskova hələ 2019-cu ildə fərdi sahibkar kimi qeydiyyatdan keçib.

2020-ci ildə isə Yelizaveta 50 min rubl nizamnamə kapitalı olan “Liza və Saşa” MMC-ni qeydiyyatdan keçirib. Şirkətin əsas fəaliyyət növü üst geyimlərinin istehsalıdır. Şirkətin adından belə qənaətə gəlmək olar ki, bu, Yelizavetanın dostluq etdiyi ögey bacısı Aleksandra Julina ilə birgə biznesidir. Lakin şirkətin yeganə sahibi və direktoru olaraq yalnız Yelizaveta Peskova qeyd olunub.

Bununla yanaşı, 2020-ci ilin mart ayından “Speransa DS” adlı reklam agentliyi də Yelizavetaya məxsusdur. Sözügedən agentlik isə 2017-ci ilin martında təsis edilib. Eyni zamanda, 2020-ci ilin dekabrında belə məlum olub ki, Dmitri Peskovun qızı “Restada group” brendi altında fəaliyyət göstərən “Paytaxt bistroları şəbəkəsi” şirkətinin 10%-nin sahibi olub. 

Həmçinin oxuyun: Bakıda qazini öldürən şəxs - “Atasından üzr istəyirəm”