Pentaqon rəhbərinin Ukraynaya səfər proqramı açıqlandı

Pentaqon rəhbərinin Ukraynaya səfər proqramı açıqlandı
Oxunma sayı: 623

ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 19-da Kiyevə səfər edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Lloyd Ukraynanın müdafiə naziri Andrey Taranla görüşəcək. Tərəflər müdafiə və hərbi-sənaye sahəsində islahatların həyata keçirilməsini, Qara dənizdə təhlükəsizlik məsələlələrini müzakirə edəcəklər. Görüşdən sonra Ostinlə Taran birgə bəyanatla çıxış edəcəklər və jurnalistlərin suallarını cavablandıracaqlar. 

Ostin, həmçinin, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Onlar ikiərəfli əlaqələri və təhlükəsizlik sahəsində regional əməkdaşlığı müzakirə edəcəklər.