Pele Messidən üzr istədi

Pele Messidən üzr istədi
Oxunma sayı: 3094

Məşhur braziliyalı futbolçu Pele Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messidən üzr istəyib.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə instaqramda hesabında məlumat yayıb. Pele 34 yaşlı hücumçunu onun şəxsi rekordunu qırması münasibəti ilə təbrik etmədiyinə görə üzr istəyib:

"Messi, salam. Gecikdimsə, bağışla. Ancaq mən səni bu ayın əvvəlində üstələdiyin daha bir rekord münasibətilə təbrik etmək imkanını qaçırmaq istəmirdim. Sənin dahi istedadın var. Ümid edirəm, dostlarım Mbappe və Neymarla birlikdə daha çox uğura nail ola biləcəksən".

Qeyd edək ki, Lionel Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Boliviyaya qarşı Buenos-Ayresdə keçirilmiş matçında het-trik edib - 3:0. O, braziliyalı üçqat dünya çempionu Pelenin Braziliya milli komandasının heyətində vurulan qolların sayı üzrə rekordunu üstələyib. 34 yaşlı hücumçunun aktivində Argentina millisinin heyətində 79, Peledə isə 77 qol var.