Pekində koronavirusa görə park və muzeylər bağlandı

Pekində koronavirusa görə park və muzeylər bağlandı
Oxunma sayı: 773

Çinin paytaxtı Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən park, muzey və ticarət mərkəzlərinə giriş bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” qəzeti yayıb.

Məlumata görə, ölkədə yoluxma saylarının artmasına görə şəhərlərdə əhalinin yenidən kütləvi olaraq koronavirus testindən keçirilməsinə başlanılır.

Ölkənin rəsmi statistikasına əsasən, ötən gün Çində ümumilikdə 28 mindən çox yeni yoluxma aşkar olunub. Son günlər isə ölkədə may ayından bu yana ilk dəfə koronavirusdan 5 ölüm faktı qeydə alınıb.

Pekində ölkə rəhbərliyi əhalini evdən çıxmamağa, Çinin başqa bölgələrindən gələnlərə isə koronavirus testindən keçməyə və 3 gün karantində qalmağa çağırıb.