Paşinyanın oğlu İsrail şirkətində işə düzəlib

Paşinyanın oğlu İsrail şirkətində işə düzəlib
Oxunma sayı: 3269

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan İsrail şirkətində işə düzəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat erməni teleqram kanallarında yayılıb. 

Məlumata görə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Webiz” adlı şirkət hazırda İrəvanda öz filialının açılmasını yekunlaşdırmaq üzrədir və yerli “Webiz academy”yə start verir.

Bildirilir ki, şirkət Aşot Paşinyan da daxil olmaqla bir neçə yerli meneceri işə götürüb. Erməni filialını İsraildən olan komanda idarə edəcək.

Həmçinin qeyd olunur ki, sözügedən şirkətin əsası Gürcüstanda qoyulub və o, artıq İsrailə 200 gürcü mütəxəssis göndərib.