PAŞA Holding Şuşanın dirçəlişinə töhfə verməyə davam edir - Video

PAŞA Holding Şuşanın dirçəlişinə töhfə verməyə davam edir
Oxunma sayı: 1019

Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək niyyəti və fəaliyyəti ilə fərqlənir. Belə ki, hazırda PAŞA Holding və onun maliyyə törəmə şirkətləri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir.

“Qafqazinfo” xəbər verir ki, bu layihələr çərçivəsində Şuşa şəhərində yerləşən infrastruktur nümunələrinin də bərpası və konservasiyası nəzərdə tutulub. 

“PAŞA Holding-in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində icra olunan layihələr əsasən iki istiqaməti əhatə edir. Bu mövcud infrastruktur obyektlərinin bərpası, eləcə də yeni infrastruktur obyektlərinin layihələndirilməsi istiqamətləridir. Mövcud infrastruktur obyektlərinin bərpası çərçivəsində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri və Saatlı məscidinin bərpası nəzərdə tutulub. Yeni infrastruktur obyektlərinin layihələndirilməsinə gəlincə, burada Şuşada yeni məscidin və Zəfər parkının layihələndirilməsi və ümumi mühəndislik işləri planlaşdırılır”, -  PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.

Qeyd olunan obyeklərin həm bərpası, həm də layihələndirilməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Ümumilikdə Şuşa şəhərində aparılan bərpa proseslərinin 2024-cü ildə tamamlanması planlaşdırılır.