Papa qadınlara hörmət etməyə və onları qorumağa çağırdı

Papa qadınlara hörmət etməyə və onları qorumağa çağırdı
Oxunma sayı: 739

Roma Papası Fransisk Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınlara hörmət və qayğı göstərməyin zəruriliyini qeyd edib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, İraqda səfərdə olan Papa xristianlığın yerli mərkəzi hesab olunan Bahdid (Kara-Koş) şəhərində xütbə ilə çıxış edib.

“Bu ölkənin bütün analarına və qadınlarına, bütün yaralara baxmayaraq həyat verməyə davam edən cəsarətli qadınlara təşəkkür etmək istərdim. Qadınlara hörmət etmək və onları qorumaq lazımdır. Onlara diqqət yetirmək və imkanlar yaratmaq lazımdır”, - o deyib.