Papa qadınla münasibəti olan yepiskopun istefasını qəbul etdi

Papa qadınla münasibəti olan yepiskopun istefasını qəbul etdi
Oxunma sayı: 1585

Roma Papası qadınla münasibəti üzə çıxan Paris yepiskopunun istefasını qəbul edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Fransa Yepiskoplar Konfransı (CEF) bəyanat verib.

Bildirilib ki, katoliklərin ruhani lideri Papa Fransisk bir qadınla münasibətini etiraf edən 70 yaşlı Paris yepiskopu Mişel Aupetitin istefasını təsdiqləyib.

"Baş verənlərə görə məruz qaldığım hücumlar, təbii ki, məni sarsıtdı. İncitdiyim insanlardan üzr istəyirəm", - Aupetit istefasının qəbul edilməsindən sonra deyib.

Qeyd edək ki, Aupetitin 2012-ci ildə bir qadınla münasibəti olması ilə bağlı noyabrın 22-də Fransa mətbuatında xəbər yayılıb. Bundan sonra Aupetit istefa məktubunu noyabrın 26-da Papaya təqdim edib.

Aupetit bir qadınla münasibətdə olduğunu etiraf edib, lakin həmin qadınla cinsi əlaqədə olması ilə bağlı iddiaları rədd edib.