Papa bu dəfə “gödəkçə”si ilə gündəm oldu - Foto

papa-bu-defegodekcesi-ile-gundem-oldu
Oxunma sayı: 6250

Katoliklərin ruhani lideri Papa Fransiskin geyimi sosial mediada ən çox müzakirə edilən paylaşımlardan birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, xüsusilə xarici mətbuatda etdiyi və dedikləri ilə daim danışılan Papa Fransiskin bu dəfə gödəkçəli fotosu  gündəm olub.

Bəzi sosial media istifadəçiləri ağ gödəkçənin “moda nümayişlərindən ilham alaraq hazırlandığını” şərh ediblər.

Daha sonradan, Papanın fotosunun real olmadığı və süni intellekt vasitəsilə düzəldildiyi məlum olub. Bir çoxları fotonun real olduğuna əmin olduqlarından sözügedən fakt qarşısında təəccüblərini gizlədə bilməyiblər.