Pandemiya dövrünün motivasiyaedici mahnıları açıqlandı

Pandemiya dövrünün motivasiyaedici mahnıları açıqlandı
Oxunma sayı: 947

“Queen” qrupunun 1979-cu ildə ifa etdiyi “Don't stop me now” mahnısı pandemiya dövründə ən motivasiyaedici kompozisiya hesab edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

İlk üçlükdə ABBA-nın “Dancing queen” və Bon Conun “Livin on a prayer” mahnıları gəlir.

Bundan başqa, ilk onluğa Farrel Uilyamsın “Happy”, Uitni Hyustonun "I wanna dance with somebody и Wham!”, Qloriya Qeynorun “I will survive” mahnıları da daxil olub.

Alimlərin fikrincə, musiqi dinləmək “xoşbəxtlik hormonu” sayılan endorfini artırır.