Özbəkistanda kütləvi etiraz aksiyası keçirilir - Video

Özbəkistanda kütləvi etiraz aksiyası keçirilir
Oxunma sayı: 5116

Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə görə mitinq keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Arbat Media” məlumat yayıb.

Bildirilir ki, aksiyaya səbəb ölkənin əsas qanununun 70-75-ci maddələrinə edilən dəyişikliklərə görə muxtar respublika təsbit edilmiş suverenliyini və Özbəkistandan ayrılmaq hüququnu itirəcəyi məsələsi olub.

Qeyd edək ki, Qaraqalpaqıstanın Suverenlik Bəyannaməsi 1990-cı ildə qəbul edilib. 1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalanıb və ona əsasən Qaraqalpaqıstan Respublikası Özbəkistanın tərkibinə daxil olub.