Ovsyannikovaya qarşı cinayət işi qaldırıldı

Ovsyannikovaya qarşı cinayət işi qaldırıldı
Oxunma sayı: 1847

Rusiya İstintaq Komitəsi “Birinci kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovaya qarşı cinayət işi qaldırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Dmitri Zaxvatov bildirib.

Jurnalist Rusiya ordusu haqqında dezinformasiya yaymaqda ittiham olunur. 

Vəkilin sözlərinə görə, bundan əvvəl Ovsyannikovanın mənzilində axtarış aparılıb.

Qeyd edək ki, M. Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb.