Ovannisyan ABŞ-a qaçdı

Ovannisyan ABŞ-a qaçdı
Oxunma sayı: 3217

Ermənistan Müdafiə Nazirliyinin sabiq nümayəndəsi Artsrun Ovannisyan ABŞ-a qaçıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko  Tvitter səhifəsində yazıb:

“Erməni hərbi təbliğatının ruporu Artsrun Ovhannisyan ABŞ-a mühacirət etdi. “Los-Ancelesə uçuş ərəfəsində sərnişinlər Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyana diqqət yetirdilər. O və bacısı Qətər reysi ilə uçurdular. Göyərtədə xeyli insan var idi. Hamı ona qışqırdı. Ancaq o buna məhəl qoymurdu” – deyə şahidlərdən biri söyləyib”.