Ötən il ən çox bu xəstəliklər qeydə alınıb

Ötən il ən çox bu xəstəliklər qeydə alınıb
Oxunma sayı: 558

Dövlət Statistika Komitəsi  ötən il qeydə alınmış xəstəliklərin siyahısını açıqlayıb. 

“Qafqazinfo” Komitənin saytına istinadən xəbər verir ki, ötən il qeydə alınmış xəstəliklər arasında  tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. 

Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Günel Türksoy