Onlardan birinin feysbukda 44 profili var imiş

Onlardan birinin feysbukda 44 profili var imiş
Oxunma sayı: 2145

Bakıda polisin qadın sərnişinlərə əxlaqsız təkliflər edən, eləcə də narkotik vasitə istifadəçisi olan və oğurluq əməllərinə görə axtarışda olan taksi sürücülərinə qarşı keçirdiyi əməliyyat nəticəsində maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev tutulan 31 taksi sürücüsündən birinin sosial şəbəkələrdə həddindən artıq aktiv olduğunu bildirib.

O qeyd edib ki, saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 tiktok hesabı, 12 instaqram profili olması müəyyən edilib: “Həmin şəxs 19 profil üzrə təkcə mənim hesabımı izləyib. 6 profillə uyğunsuz şərhlər, əsassız və qərəzli məlumatlar yazdığı üçün blok edilib”.