On səkkiz il sonra birlikdə qırmızı xalçada - Fotolar

On səkkiz il sonra birlikdə qırmızı xalçada
Oxunma sayı: 5204

78-ci Venesiya Film Festivalı çərçivəsində Ridley Scottun “Sonuncu duel” adlı orta əsr dastanı ekranlara çıxıb.

“Qafqazinfo” xəbər verir ki, filmin aktyor heyəti güclüdür. Belə ki, layihədə Jodie Comer, Ben Affleck və Matt Damon kimi populyar simalar yer alıb.

Dünənki premyerada qırmızı xalça üzərindən bütün komandanın keçidi baş tutub. Ben Affleck gecəyə sevgilisi, dünyaca məşhur müğənni Cennifer Lopezlə birgə qatılıb. 

Onlar 18 il sonra yenidən qırmızı xalıda kameralara poz veriblər.