“Omicron”un alt ştamı da aşkarlandı

“Omicron”un alt ştamı da aşkarlandı
Oxunma sayı: 3376

“Omicron”un alt ştamı aşkar edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı məlumat yayıb.

Bildirilib ki, “BA.2” adlanan yeni alt ştamın təhqiqatı davam edir və 53 ardıcıllığı müəyyən edilib.

Ölkədə yeni aşkar edilmiş bu ştama yoluxmanın az olduğu qeyd edilib.

Danimarka səhiyyə orqanlarına görə, cari vaksinlərin “BA.2”yə qarşı təsirli olacağı gözlənilir.