Oğuzda bələdiyyə sədri qəzaya düşdü - Foto+Yenilənib

Oğuzda bələdiyyə sədri qəzaya düşdü
Oxunma sayı: 2565

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Çaldaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Kia” markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov

***

APA xəbər verir ki, Kəlbəcər rayon sakini Saməddin Yusif oğlu Hüseynovun idarə etdiyi “KİA Sorento” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini Elvin İsrafil oğlu Quliyev, Şəki rayonu Qaratorpaq kənd sakinləri Mehman Elməddin oğlu Rəcəbov və Mehmanın qardaşı oğlu Ruzi Əvəz oğlu Rəcəbli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Yaralılardan S.Hüseynov və M.Rəcəbovun xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

E.Quliyev və R.Rəcəblinin müalicəsi Şəki RMX-da davam etdirilir.

Qeyd edilib ki, qəza zamanı xəsarət alan M.Rəcəbov Şəki rayonunun Bolludərə bələdiyyəsinin sədridir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.