Odessaya raket zərbəsi nəticəsində ölənlərin sayı artdı - Fotolar + Yenilənib

Odessaya raket zərbəsi nəticəsində ölənlərin sayı artdı
Oxunma sayı: 7042

Rusiya Ukraynanın Odessa vilayətinə yeni raket hücumu həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk teleqram kanalında bildirib.

“Odessa vilayəti. Düşmənin raketi düşüb. Təəssüf ki, ölənlər var. Təfərrüatlar – sonra”, - o qeyd edib.

Hadisə “Pivden” əməliyyat komandanlığından jurnalistlərə də təsdiqlənib.

Sosial şəbəkələrdə yerli sakinlər raket zərbəsinin çoxmərtəbəli yaşayış binasını dağıtdığını, dağıntılar altında insanların qaldığını yazıb. İstirahət mərkəzinə də ziyan dəydiyi, bir çox binaların pəncərə şüşələrinin uçduğu bildirilir.

***

Raket hücumları nəticəsində Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsində 17 nəfər həlak olub. Daha 30 nəfərin isə yaralandığı bildirilir.

***

Odessa vilayətinin Belqorod-Dnestrovski rayonunun Sergeevka kəndinə raket zərbəsi nəticəsində 20 nəfər (1-i uşaq olmaqla 16 nəfər yaşayış binasında, 4 nəfər isə istirahət mərkəzində) həlak olub. 38 nəfər (6-sı uşaq olmaqla 37 nəfər yaşayış evində, 1 nəfər isə istirahət mərkəzində) xəsarət alıb.