Nurlan İbrahimovla bağlı qərar yenidən təxirə salındı

Nurlan İbrahimovla bağlı qərar yenidən təxirə salındı
Oxunma sayı: 2491

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını yenidən təxirə salıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə N.İbrahimov məlumat yayıb.

O qeyd edib ki, yanvarın 27-də açıqlanmalı olan qərar martın 27-nə qədər uzadılıb.

N.İbrahimov beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib.

Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı Feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.