Növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək

novbeti-ucterefli-gorus-qazaxistanda-kecirilecek
Oxunma sayı: 962

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü zamanı səsləndirib.

Nazir bildirib ki, Bakı Bəyannaməsi ölkələr arasında strateji tərəfdaşlıq, qardaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud güclü əlaqələri gücləndirəcək.