Norveçin yeni Baş naziri o oldu

Norveçin yeni Baş naziri o oldu
Oxunma sayı: 754

İşçi Partiyasının lideri Yonas Stoerenin rəhbərlik etdiyi sol blok Norveçdə keçirilən ümumi seçkilərdə qalib gəlib.

“Qafqazinfo” “EU Observer”ə istinadən xəbər verir ki, ötən gün keçirilən seçkilərdə sol blok 8 ildir hakimiyyətdə olan Baş nazir Erna Solberqin başçılıq etdiyi sağ-mərkəz koalisiyasını məğlub edib. 

Seçkilərdə 3 milyon 880 min seçici iştirak edib. Səsvermə dünən yerli vaxtla saat 20:00-da başa çatıb.

Seçkidən sonra Solberq ölkənin növbəti Baş nazirinin olacağı gözlənilən İşçi Partiyasının liderinə zəng edərək təbrik edib.

Zəfər çıxışında Stoere norveçlilərin böyük əksəriyyətinin hakimiyyət dəyişikliyinə səs verdiyini deyib: “Gözlədik, ümid etdik və çox çalışdıq. İndi deyə bilərik ki, uğur qazandıq!”

Norveçdə yeni bir hökumət və yeni bir siyasi yolun olmasını təmin edəcəklərini ifadə edən Stoere, “xəyal koalisiyası” adlandırdığı Sosialist Sol Partiyası və Mərkəz Partiyası ilə danışıqlara başlayacağını da əlavə edib.