Norveç və Britaniya Ukraynaya uzaqmənzilli raket sistemi verəcək

Norveç və Britaniya Ukraynaya uzaqmənzilli raket sistemi verəcək
Oxunma sayı: 1009

Norveç və Böyük Britaniya Ukraynaya M270 uzaqmənzilli raket sistemi verəcək.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Norveç bu növ silahların Ukraynaya ötürülməsində Böyük Britaniya ilə əməkdaşlıq edəcək.

Bu əməkdaşlığın bir hissəsi kimi Ukrayna, Norveçin əvvəlki illərdə istismarı bitirdiyi və anbarlarda saxladığı “M270 Multiple Launch Rocket System” (MLRS) alacaq. Bu silah növü 32, 45, 70, 300 və 500 kilometrə qədər olan hədəfləri vura bilər.

Norveç hökuməti adigedən raket sistemləri ilə yanaşı, 5 min qumbaranı da Ukraynaya vermək qərarına gəlib. Bu daha əvvəl, əvvəllər təqdim olunmuş 5 min qumbaraya əlavədir.