Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilidi - Fotolar

nesimide-novbeti-abad-heyet-sakinlerin-istifadesine-verilidi
Oxunma sayı: 1070

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 800-dən artıq sakinin yaşadığı Cavadxan küçəsi 26 və 30 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 26 və 30 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binaların giriş hissələri aqlay daşla üzlənib. Binanın həyətində pilləkən və panduslar quraşdırılıb.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 2000 kv.m-dən artıq asfalt örtüyü, 900 kv.m-ə yaxın tamet daşı vurulub, 1400 kv.m-dən artıq qazon salınıb, 900 p.m yeni bardürlər qoyulub, 200 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 150 ədəd ağac və 300 ədəd mövsümi çiçəklər əkilib.

Həyətə giriş-çıxış üçün yeni pilləkən tikilərək aqlay daşla üzlənib, əlil arabalarının hərəkəti üçün 4 ədəd pandus quraşdırılıb. Ətrafda yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarında təmir işləri aparılıb.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Rayon ərazisində fevral ayından başlayaraq hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.