Nəsimi rayon İcra Hakimiyyətində videomüşavirə keçirildi - Fotolar

Nəsimi rayon İcra Hakimiyyətində videomüşavirə keçirildi
Oxunma sayı: 661

Nəsimi rayonunda rayon icra hakimiyyəti başçısının sədrliyi ilə İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon bələdiyyəsi sədrinin, rayon təsərrüfat xidmətləri və Mənzil Kommunal Təsərrüfat Birliyi rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, videomüşavirəni giriş sözü ilə RİH Başçısı Asif Əsgərov açıb. 

RİH Başçısı 2020-2021-ci illərin payız-qış mövsümünə hazırılıqın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrlə bağlı görülmüş işlər haqqında geniş məlumat verərək , bildirib ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub, əsas və köməkçi məhəllədaxili yolların səkilərinin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.

Müşavirədə rayon təsərrüfatının 2020-2021-ci ilin payız-qış mövsümünə hazırlığının vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, müzakirələr zamanı “Azərişıq” ASC-nin Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin , rayon Sukanal idarəsinin, “Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsinin və Bakı Regional Qaz İstismar Departamentinin Nəsimi rayonu üzrə Texniki İstismar Xidmətinin rəhbərlərinin görülmüş işlər barədə arayışları dinlənilmiş və onlara müvafiq tapşırıqlar verilib.

Müşavirədə Nəsimi rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbirlər olaraq küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binalarının girişləri, lift kabinələri, məişət tullantıları konteynerlərinin dezinfeksiya olunduğu və bu işlərin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən davam etdirildiyi qeyd olunub.

Müşavirənin sonunda aidiyyəti təşkilatlara və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.