Nərimanovda çoxmərtəbəli binada yanğın olub - Video

Nərimanovda çoxmərtəbəli binada yanğın olub
Oxunma sayı: 2702

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan 3 otaqlı mənzilin eyvanı 4 m² sahədə, kondisioner və kombi avadanlığı yanıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.