Nəqliyyat dəhlizləri ilə bağlı razılıq əldə olundu

Nəqliyyat dəhlizləri ilə bağlı razılıq əldə olundu
Oxunma sayı: 4792

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdən sonra nəqliyyat dəhlizlərinin açılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin bildirib: 

“Biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir”.