“Neftçi” yeni qapıçısını təqdim etdi

“Neftçi” yeni qapıçısını təqdim etdi
Oxunma sayı: 1713

“Neftçi” yeni transferi İvan Brkiçi təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, xorvatiyalı qapıçı ilə 1,5 illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu komandamızın heyətində 1 nömrəli formanı geyinəcək.

Son klubu Latviya “Riqa”sı (2021) olan qolkiper Xorvatiyanın “İstra” (2014-2017), “Lokomotiva” (2017), “İmotski” (2017), “Çibalia” (2017-2018), Bosniyanın “Zrinski” (2018-2021) komandalarında çıxış edib, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov və Gilyerme Patonu transfer etmişdi.