“Neftçi” – “Şkupi” matçının başlama saatı açıqlandı

“Neftçi” – “Şkupi” matçının başlama saatı açıqlandı
Oxunma sayı: 1684

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubuna qarşı keçirəcəyi oyunun başlama saatı müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bu qarşılaşmanın avqustun 27-də “Bakcell Arena”da keçiriləcəyi və matça saat 20:00-da start veriləcəyi diqqətə çatdırılıb.