Neftçalanın icra başçısı problemlərin həllinə dair tapşırıqlar verdi - Fotolar

Neftçalanın icra başçısı problemlərin həllinə dair tapşırıqlar verdi
Oxunma sayı: 1911

Neftçala Rayon İcra Hakimiyyəti başçısının rayonun yaşayış məntəqələrindəki sayca 21-ci vətəndaşların səyyar qəbulu İkinci Mayak kəndində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Neftçala RİH başçısının Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

İcra başçısı Mirhəsən Seyidov rayon ərazisində son illərdə aparılan tikinti, abadlıq və yenidənqurma işləri, xüsusilə də yaxın zamanda çəkilişinə başlanılmış Neftçala-Kürkənd-2№-li Mayak avtomobil yolu barədə kənd sakinlərinə ətraflı məlumat verib. Səyyar qəbulda əsasən kənddaxili yolların təmiri, elektrik dirəklərinin və xətlərinin yenilənməsi,ünvanlı sosial yardım verilməsi və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.