Neftçalada Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub - Fotolar

neftcalada-usaqlarin-beynelxalq-mudafiesi-gunu-qeyd-olunub
Oxunma sayı: 223

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Neftçala rayon Təhsil Sektoru, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala RİH-nin məsul şəxsləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şagirdlər və onların valideynləri iştirak ediblər.

İlk öncə ümummili lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni oxunub.

Tədbirdə məktəblilərin hazırladıqları rəsm əsərlərinə, idman nömrələrinə və digər sərgilərə baxış keçirilib və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Salyan Dövlət Kukla Teatrının kollektivinin  maraqlı tamaşaları ilə uşaqları sevindiriblər  və tədbirin sonunda xatirə şəkili çəkilib.