Neft niyə ucuzlaşır?

Neft niyə ucuzlaşır?
Oxunma sayı: 2082

Dünya birjalarında neft qiymətləri kəskin şəkildə ucuzlaşmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti Londonun “ICE” (InterContinental Exchange Futures) birjasında 9,50 dollar azalaraq 72,72 dollar təşkil edib.

“Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun “NYMEX” (New York Mercantile Exchange) birjasında 10,24 dollar ucuzlaşaraq 68,15 dollar olub.

Dünya birjalarında neftin qiymətinin enməsi koronavirusun yeni “Omicron” adı verilən ştamının aşkar olunması ilə bağlı xəbərlərlə əlaqəlidir. Bu isə o deməkdir ki, qiymətlər neftə tələbin azalacağı qorxusu fonunda enir. Bununla yanaşı, yeni ştamla bağlı məlumatlar birjalara da mənfi təsir edib. Belə ki, ABŞ, Avropa ölkələri, Yaponiya və Çinin əsas fond indeksləri çöküb.