Neçə nəfər peyvənd olunub?

Neçə nəfər peyvənd olunub?
Oxunma sayı: 1297

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 586 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, “buster” doza üzrə isə 18 422 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 125, ikinci mərhələ üzrə 4 729 272 nəfər təşkil edir. Ümumilikdə isə 1 840 444 “buster” doza vurulub.