Nebahat Çehre illər sonra modellik etdi - Fotolar

Nebahat Çehre illər sonra modellik etdi
Oxunma sayı: 4163

Türkiyənin tanınmış aktrisası Nebahat Çehre illər sonra modellik edib.

“Qafqazinfo” xəbər verir ki, o, yerli geyim markalarının biri üçün kamera qarşısına keçib. Aktrisa payız-qız kolleksiyasını təqdim edib. Fotoların müəllifi Nihat Odabaşıdır.

Çehre ərsəyə gələn fotoları sosial şəbəkə hesablarında paylaşıb. Onun yeni işi izləyicilərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, təbii gözəlliyi ilə daim özünə heyran edən N. Çehre 1960-cı ildə Türkiyə gözəli seçilib və qısa müddət model kimi çalışıb.