Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirildi

nazirler-kabinetinde-qezali-binalarla-bagli-musavire-kecirildi
Oxunma sayı: 1680

Mayın 25-də Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilib.