Naxçıvanda əsgər faciəvi şəkildə öldü - Foto

Naxçıvanda əsgər faciəvi şəkildə öldü
Oxunma sayı: 5124

Naxçıvanda hərbi hissədə əsgər ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda baş verib.

Hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.