NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzaladı - Fotolar

NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzaladı
Oxunma sayı: 1328

NATO-ya üzv ölkələrin səfirləri Finlandiya və İsveçin alyansa üzvlüyünə dair protokolları imzalayıb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, NATO-nun Brüsseldəki baş qərargahında bununla bağlı tədbir keçirilib. 

Protokolların imzalanması mərasimində Finlandiya və İsveçin xarici işlər nazirləri də iştirak edib. 

Bildirilib ki, protokollar ratifikasiya olunması üçün bütün NATO ölkələrinə yönləndiriləcək. 

NATO-nun Baş katibi Yens Stoltenberq bu hadisələri Finlandiya, İsveç və NATO üçün tarixi an adlandırıb və qeyd edib ki, alyansın qapıları gələcək üzvlər üçün də açıq olaraq qalır. 

Stoltenberq, həmçinin alyansa 30 üzv ölkənin parlamentinin sözügedən protokolları bir neçə ay ərzində ratifikasiya edəcəyinə ümid etdiyini söyləyib.