“NATO dövlətləri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək”

“NATO dövlətləri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək”
Oxunma sayı: 1060

“NATO-ya üzv dövlətlər alyansın Madriddə keçiriləcək sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stolteberq “El Pais” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Madrid sammiti bir çox səbəblərə görə tarixi görüş olacaq. 

Baş katib, həmçinin qeyd edib ki, sammit zamanı bir çox vacib qərar qəbul ediləcək. 

Xatırladaq ki, NATO-nun Madriddəki sammiti iyunun 28-30-u baş tutacaq.