Nailə Mirməmmədli son mənzilə yola salındı - Fotolar+Video

Nailə Mirməmmədli son mənzilə yola salındı
Oxunma sayı: 11495

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli son mənzilə yola salınıb.

“Qafqazinfo” xəbər verir ki, mərhum Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, incəsənət nümayəndələri iştirak edib.

Qeyd edək ki, N.Mirməmmədli bu gün 59 yaşında qəfil ürək tutmasından vəfat edib.

Fotolar: Nuran Məmmədov