Naftalanda 20 Yanvar şəhidləri yad edildi - Fotolar

Naftalanda 20 Yanvar şəhidləri yad edildi
Oxunma sayı: 1136

Qanlı Yanvar faciəsindən bu gün artıq 32 il ötür. 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Bu münasibətlə Naftalanda Anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın əziz xatirəsi böyük ehtiramla yad edilib, Şəhidlərin xatirəsinə məşəl yandırılıb, matəm musiqisi səsləndirilib.

Tədbirdə ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Şəhidlərimizin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Naftalan şəhərində də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub, dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.