Myanmada 1 fevral çevrilişindən bəri rekord sayda etirazçı öldürüldü

Myanmada 1 fevral çevrilişindən bəri rekord sayda etirazçı öldürüldü
Oxunma sayı: 1117

Myanmada polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin xüsusi səfiri Şraner Burqener brifinq zamanı deyib. O bildirib ki, 38 nəfər polisin etirazçılara açdığı odlu atəş nəticəsində dünyasını dəyişib.

“Bu gün 1 fevral çevrilişindən sonra ən dəhşətli gün oldu. 38 nəfər öldürüldü. Bununla da fevralın 1-dən ölənlərin sayı 50 oldu”, - deyə BMT rəsmisi bildirib.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu birillik fövqəladə vəziyyət elan edərək prezident Vin Myin və dövlət müşaviri Aun San Su Çjin başda olmaqla, ölkə rəhbərliyini vəzifədən kənarlaşdırıb. Onlar bunu 2020-ci ilin noyabrında keçirilmiş seçkilərdə irimiqyaslı saxtakarlıqlarla izah ediblər.