“Muxtar Babayev yanğın baş verən gündən ərazilərdə olub”

“Muxtar Babayev yanğın baş verən gündən ərazilərdə olub”
Oxunma sayı: 546

“Nazir Muxtar Babayev yanğın baş verən gündən ərazilərdə olub və yanan ərazilərlə tanış olub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

“Nazir Muxtar Babayev özü şəxsən yanğın baş verən ərazilərə gedib, yanğının miqyası ilə tanış olub və tapşırıqlarını verib”, - o bildirib. 

Nazir müavinin sözlərinə görə, nazirliyin bütün yerli qurumlarının əməkdaşları istər biçənək ərazilərində, istər bələdiyyə torpaqlarındakı yaşıllıqlarda, istərsə də meşə sahələrində baş verən yanğınların söndürülməsinə bütün qüvvələrini səfərbər edir və onun geniş ərazilərə yayılmaması üçün çalışırlar.